Külli miqdarda aksiz markası olmayan siqaretlər aşkarlanıb - VİDEO

Hit: 2864
Külli miqdarda aksiz markası olmayan siqaretlər aşkarlanıb - VİDEO
Bakı Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən külli miqdarda aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısını alıblar.
 
Belə ki, Baş İdarənin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən mənzildə bir qrup şəxs tərəfindən külli miqdarda aksiz markasız siqaretlərin saxlanılması və realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub.
 
Məlumat təsdiqini tapdıqdan sonra yaradılmış əməliyyat qrupu məhkəmənin qərarı ilə həmin mənzildə əməliyyat-axtarış tədbirləri həyata keçirib.
 
Baxış zamanı mənzildən Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan 208 min 200 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.
 
 
Faktla bağlı araşdırma aparılır.
 







Redaktorun seçimi