Kinoloji xidmət itinin reaksiyası nəticəsində siqaretlər aşkarlandı

Hit: 817
Kinoloji xidmət itinin reaksiyası nəticəsində siqaretlər aşkarlandı
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Vaz 21063" markalı nəqliyyat vasitəsi ilə gələn avtomobil kinoloji xidmət itinin reaksiyası nəticəsində saxlanılıb və şifahi sorğu-sual olunub.
 
Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.
Lakin yoxlama zamanı, avtomobilin yük yerində və arxa, ön oturacaqların altından 24000 ədəd "King" markalı siqaret aşkarlanıb.
 
Faktla bağlı araşdırma aparılır.








Redaktorun seçimi