Gömrük xidməti əməkdaşları üçün növbəti təlim keçirilib

Hit: 677
Gömrük xidməti əməkdaşları üçün növbəti təlim keçirilib
13-14 fevral tarixlərində gömrük xidməti əməkdaşları üçün yükdaşımaların təşkili işinin təkmilləşdirilməsi ilə bağlı, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin sərəncamı ilə təsdiq olunmuş "Nəqliyyat vasitələrinin və konteynerlərin gömrük möhürləri və plombları altında yüklərin daşınmasına buraxılması qaydalarına dair Metodika" əsasında təlim təşkil olunub.
 
Təlimə Dövlət Gömrük Komitəsinin struktur bölmələrinin gömrük nəzarətinin təşkili sahəsində çalışan 23 əməkdaşı cəlb olunub. Məqsəd yükdaşımalarda texniki şərtlərə nəzarət edilməsi və yükdaşımaya buraxılış şəhadətnamələrinin verilməsi sahəsində əməkdaşların bilik və bacarıqlarının artırılmasıdır.
Bununla yanaşı, təlimə cəlb olunan əməkdaşlara Bakı Baş Gömrük İdarəsinin "İpək Yolu"gömrük postunda müxtəlif tipli nəqliyyat vasitələrinə və konteynerlərə baxış keçirməklə onların yükdaşımalara buraxılması üçün texniki şərtlərə uyğun olub-olmamasının müəyyən edilməsi ilə bağlı praktiki bacarıqlar aşılanıb.








Redaktorun seçimi