Cari ildə “Şahdəniz”dən hasilatın 13 faiz artacağı gözlənilir

Hit: 348
Cari ildə “Şahdəniz”dən hasilatın 13 faiz artacağı gözlənilir
Bu il Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasilat 13 faiz artacaq.
 
Bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin layihəsinə Rəyində deyilir. Bildirilir ki, cari ildə “Şahdəniz”dən 18,7 milyard kubmetr təbii qazın çıxarılması gözlənilir.
 
Bununla yanaşı, 2020-ci ildə “Şahdəniz” yatağı üzrə hasilatın pay bölgüsü sazişi çərçivəsində SOCAR-a və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən “Şahdəniz” fazası üzrə 0,2 milyon ABŞ dolları və ya 340 min manat məbləğində bonus ödənişlərinin edilməsi proqnozlaşdırılır.
 
Qeyd edək ki, “Şahdəniz” qaz-kondensat yatağından indiyədək 112 milyard kubmetrdən çox təbii qaz çıxarılıb. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündəlik 56 milyon (ildə 20 milyard) standart kubmetrdir. “Şahdəniz”də iştirak payları belədir: BP (operator – 28,8 faiz), AzŞD (10 faiz), “SGC Upstream” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz) və “TPAO” (19 faiz).







Redaktorun seçimi