SOCAR Belarusa nefti Odessa-Brodı kəməri ilə tədarük edə bilər

Hit: 408
SOCAR Belarusa nefti Odessa-Brodı kəməri ilə tədarük edə bilər
Azərbaycan neftinin SOCAR tərəfindən Belarusa tədarükünü həyata keçirməsi üçün Odessa-Brodı boru kəmərinin istifadəsi mümkün variantlardan biri kimi müzakirə olunur.
 
Bunu RİA "Novosti"yə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
 
Onun sözlərinə görə, hazırda SOCAR Azərbaycan neftinin tədarükü ilə bağlı Belarus tərəfi ilə danışıqlar aparır.
 
Qeyd edək ki, bundan əvvəl Belarusun Baş nazirinin müavini Dmitri Krutoy Minskin neft tədarükü ilə əlaqədar Ukrayna, Polşa, Baltikyanı ölkələr, Qazaxıstan və Azərbaycana ticarət təkliflərini göndərdiyini bildirmişdi.
 
Xatırladaq ki, ötən həftə SOCAR-ın rəsmisi İbrahim Əhmədov "APA-Economics"ə açıqlamasında bildirmişdir ki, SOCAR Belarusa həm Azərbaycan, həm də digər istehsalçıların neftini tədarük etməyə hazırdır və şirkət Belarus tərəfi bazardakı imkanları nəzərdən keçirir. (APA)








Redaktorun seçimi