“AzerGold” QSC-nin hasilat göstəriciləri açıqlandı

Hit: 558
“AzerGold” QSC-nin hasilat göstəriciləri açıqlandı
2019-cu ildə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) hasilat göstəriciləri 55 min unsiya qızıl və 103 min unsiya gümüş olub.
 
QSC-dən Faktor.az-a bildirilib ki, bu göstərici 2018-ci illə müqayisədə 9,74 min unsiya (21,3 faiz) qızıl və 25,74 min unsiya (33,2 faiz) gümüş çoxdur. Ötən il “AzerGold” tərəfindən beynəlxalq bazarda 59,6 min unsiya qızıl və 110,9 min unsiya gümüş satılıb ki, bu da 2018-ci illə müqayisədə 14,6 min unsiya (33 faiz) qızıl və 34,6 min unsiya (47 faiz) gümüş çoxdur.
 
“AzerGold” QSC-nin hasilat və satış göstəricilərində olduğu kimi, bütün növ vergi ödənişlərində də artım qeydə alınıb. Belə ki, 2019-cu ildə dövlət büdcəsinə ümumilikdə 13 milyon 487 min 739 manat vəsait ödənilib. 2018-ci ildə bu məbləğ 12 milyon 644 min 465 manat təşkil edib. Ötən ildə büdcə ödənişləri əvvəlki illə müqayisədə 843 min 274 manat, yəni 6,67 faiz artıb.








Redaktorun seçimi