Ramin Quluzadə Latviya səfiri ilə görüşüb

Hit: 999
Ramin Quluzadə Latviya səfiri ilə görüşüb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Latviya Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Dainis Qarançs ilə görüşüb.
 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş tutan görüşdə ölkələrimiz arasında telekommunikasiya, informasiya texnologiyaları, innovasiyalar və yüksək texnologiyalar sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Bu il Azərbaycanda keçiriləcək 26-cı “Bakutel-2020” Telekomunikasiya, Innovasiya və Yüksək Texnologiyalar sərgisində Latviya pavilonu adı altında ölkənin innovasiya sahəsində nüfuzlu şirkətlərinin və startapların təmsil olunacağı əsas müzakirə mövzusu olub.
 
Eyni zamanda, hava daşımaları, dəniz və avtomobil nəqliyyatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.








Redaktorun seçimi