Azərbaycanda kapital bazarları inkişaf etməyib

Hit: 526
Azərbaycanda kapital bazarları inkişaf etməyib
Kapital bazarlarının inkişafı, olduqca xüsusi, böyük bir məsələdir. Azərbaycanda kapital bazarları inkişaf etməyib.
 
Faktor.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə deyib.
 
“Biz indi araşdırma aparırıq, görürük ki, birjada, listinqdə olan kampaniyaların çoxlarının heç bir əməliyyatları yoxdur. Biz İqtisadiyyat Nazirliyi, hökumətlə birlikdə baxmalıyıq ki, hansı çempionlar yarada bilərik, hansı müəssisələrimiz hazırdırlar ki, bu gün öz səhmləri, qiymətli kağızları ilə Azərbaycanın qiymətli kağızlar bazarına çıxsın və buradan vəsaitləri cəlb etsinlər”, - deyə E.Rüstəmov vurğulayıb.








Redaktorun seçimi