Energetika Nazirliyi işçi axtarır

Hit: 619
Energetika Nazirliyi işçi axtarır

Energetika Nazirliyi 7 vakant dövlət qulluğu vəzifəsi üzrə işə qəbul elan edib

Energetika Nazirliyi 4 inzibati vakant dövlət qulluğu vəzifəsinə qəbul üçün müsabiqə üzrə müsahibə və 3 inzibati vakant dövlət qulluğu vəzifəsinə qəbul üçün ümumi müsahibə elan edib.
 
Vakant vəzifələr üzrə sənəd qəbulu yanvarın 13-dən başlayıb. Müsabiqə üzrə müsahibəyə çıxarılan vəzifələrə sənəd qəbulu fevralın 11-dək, ümumi müsahibəyə çıxarılan vəzifələrə sənəd qəbulu isə fevralın 3-dək davam edəcək.
 
Təqdim olunan vakant vəzifələr üzrə vəzifə təlimatları və müsahibə proqramları Dövlət İmtahan Mərkəzinin internet portalında yerləşdirilib. Vakant vəzifələrlə daha ətraflı aşağıdakı linklərə daxil olaraq tanış ola bilərsiniz:
 
http://eservices.dim.gov.az/dqq/Elan/MsbElanlar
 
http://eservices.dim.gov.az/dqq/Elan/UmMshMshElanlar








Redaktorun seçimi