Energetika Nazirliyinin Çağrı Mərkəzinə 1763 müraciət daxil olub

Hit: 535
Energetika Nazirliyinin Çağrı Mərkəzinə 1763 müraciət daxil olub
2019-cu ilin yanvar-dekabr ayları ərzində Energetika Nazirliyinin Çağrı Mərkəzi tərəfindən 1763 zəng qəbul edilib.
 
Daxil olan zənglər əsasən, elektrik enerjisi və qaz təchizatı məsələlərini əhatə edib. Bunlardan 798-i enerji təchizatı, 476-ı qaz təchizatı, 75-i elektrik və qaz sayğaclarının quraşdırılması, 13-ü mərkəzi istilik sistemi, 160-ı isə digər məsələlərlə bağlı müraciətlər olub. Zənglərin 241-ni isə sorğu və müraciətlərin həlli ilə bağlı təşəkkür zəngləri təşkil edib.
 
Hesabat dövründə qaz təchizatı üzrə qəbul edilən zənglərdən 191-i Fövqəladə Hallar Nazirliyindən daxil olan qaz sızması və dəm qazı ilə bağlı müraciətlər olub ki, bu zənglər operativ şəkildə “Azəriqaz” İB-nin qaynar xətt nömrələrinə ötürülərək yaranmış vəziyyətlə bağlı məlumat verilib.
 
Çağrı Mərkəzi vasitəsilə nazirliyə daxil olan bütün zənglər çevik şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər operativ şəkildə aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə yönləndirilib və müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.








Redaktorun seçimi