Azərbaycanın valyuta ehtiyatları 51 milyard dolları keçib

Hit: 620
Azərbaycanın valyuta ehtiyatları 51 milyard dolları keçib
“Azərbaycan Mərkəzi Bankı (AMB) manatın məzənnəsinin sabit saxlanılması üçün valyuta ehtiyatlarından istifadə etmir, əksinə bazardan valyuta çıxarır”.
 
Bunu qurumun sədri Elman Rüstəmov sahibkarlarla görüşdə deyib.
 
“Son nəticədə həm AMB-nin, həm də Azərbaycanın valyuta ehtiyatları artmaqdadır və artıq ölkəmizin ehtiyatları 51 milyard ABŞ dollarını keçib. Bu isə ölkənin xarici borcundan 5 dəfə çoxdur, illik ümumi daxili məhsulun dəyərinə bərabərdir”, - o qeyd edib.








Redaktorun seçimi