“Könüllü gömrükçü” dəstəsinə üzv olmaq istəyən gənclərin - DİQQƏTİNƏ!

Hit: 894
“Könüllü gömrükçü” dəstəsinə üzv olmaq istəyən gənclərin - DİQQƏTİNƏ!
Azərbaycan Respublikasının “Könüllü fəaliyyət haqqında” Qanununa və Dövlət Gömrük Komitəsi sədrinin “Dövlət Gömrük Komitəsinin sistemində könüllülük hərəkatının inkişafı ilə bağlı tədbirlər haqqında” sərəncamına əsasən Dövlət Gömrük Komitəsində “Könüllü gömrükçü” dəstəsi fəaliyyət göstərməkdədir.
 
Bildiririk ki, Dövlət Gömrük Komitəsi nəzdində yaradılmış “Könüllü gömrükçü” dəstəsi Komitənin müxtəlif struktur bölmələrində fəaliyyətlərini uğurla davam etdirməkdədir. “Könüllü gömrükçü” dəstəsinə üzvlər “Ehtiyat üzvlər bazası”ndan müsahibə yolu ilə seçilir. “Könüllü gömrükçü” dəstəsi üzrə yaranmış vakant yerlərə görə növbəti müsahibənin gələn ilin fevral ayında keçirilməsi planlaşdırılır.
Eyni zamanda qeyd etmək istərdik ki, Dövlət Gömrük Komitəsi respublikamızın regionlarında yaşayan gənclərin həyatın bütün sahələrində iştirak imkanlarının artırılması, habelə gömrük sistemində gənclərin könüllülük hərəkatının stimullaşdırılması və yerlərdə intensivləşdirilməsi məqsədilə Komitənin ərazi baş gömrük idarələrinə və həmçinin, idarələrin strukturuna daxil olan bir sıra gömrük postlarına gəncləri könüllülük fəaliyyətinə cəlb etmək niyyətindədir.
Bununla əlaqədar olaraq, regionlarımızda yaşayan gənclər Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsi və onun strukturuna daxil olan “Samur”, “Yalama”, “Xanoba”, “Şirvanlı”, “Zuxul” gömrük postlarında, Qərb Ərazi Baş Gömrük İdarəsi və onun strukturuna daxil olan “Tovuz”, “Yevlax”, “Balakən” gömrük postlarında, Cənub Ərazi Baş Gömrük İdarəsi və onun strukturuna daxil olan “Şirvan”, “Biləsuvar” və “Astara” gömrük postlarında “Könüllü gömrükçü” kimi fəaliyyət göstərmək üçün müraciət edə bilər.
“Könüllü gömrükçü” dəstəsinin ehtiyat üzvü olmaq istəyən gənclərdən aşağıdakı linkdə müraciət formasını dolduraraq Dövlət Gömrük Komitəsinə göndərmələri xahiş olunur.








Redaktorun seçimi