"Azərişıq" bələdiyyə seçkiləri ilə əlaqədar planlaşdırılmış təmir-bərpa işlərini təxirə salıb

Hit: 400
"Azərişıq" bələdiyyə seçkiləri ilə əlaqədar planlaşdırılmış təmir-bərpa işlərini təxirə salıb
"Azərişıq" ASC dekabr ayının 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar bütün seçki məntəqələrini dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edəcək.
 
Bu barədə Faktor.az-a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
 
T.Mustafayevin sözlərinə görə, artıq bununla əlaqədar texniki tədbirlər görülüb, əlavə maşın-mexanizmlər, mal-materiallar ayrılıb:
 
"Əlaqədar yarımstansiyalar və transformator məntəqələrində 24 saatlıq növbətçilik sistemi yaradılıb. Həmçinin seçki gününə planlaşdırılmış yenidənqurma, təmir-bərpa işləri dayandırılacaq".








Redaktorun seçimi