“Şahdağ” gəmi-bərəsi təmir edilib

Hit: 637
“Şahdağ” gəmi-bərəsi təmir edilib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Şahdağ” gəmi-bərəsi “Zığ” Gəmi Təmiri Zavodunda təmir olunub.
 
ASCO-dan Faktor.az-a bildirilib ki, təmir işləri qısa vaxtda və yüksək keyfiyyətlə həyata keçirilib. Gəminin sualtı və suüstü hissəsi, eləcə də vaqon göyərtəsi təmizlənərək rənglənib. Baş və köməkçi mühərriklər, vaqon relsləri təmir edilib. Gəmi üzrə gövdə-qaynaq, boruquraşdırma, izolyasiya, avtomatika və elektrikquraşdırma işləri yerinə yetirilib. Eyni zamanda, gəminin yaşayış və xidməti otaqları da müasir tələblər səviyyəsində təmir olunub.
 
Qeyd edək ki, 2005-ci ildə inşa olunan “Şahdağ” gəmi bərəsinin uzunluğu 154,5 metr, eni 18,3 metrdir. Gəmi 4850 ton yükgötürmə qabiliyyətinə malikdir.








Redaktorun seçimi