Taleh Ziyadov Portuqaliyanın Azərbaycandakı müvəqqəti işlər vəkili ilə görüşüb

Hit: 1068
Taleh Ziyadov Portuqaliyanın Azərbaycandakı müvəqqəti işlər vəkili ilə görüşüb
Bakı Limanının Baş direktoru Taleh Ziyadov Portuqaliyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Bernardo Ribeiro ilə görüş keçirib.
 
Baş direktor Taleh Ziyadov Bakı Limanının qlobal nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyini və həm Avropadan Çinə həmdə, Çindən Avropaya yüklərin daşınmasında aktiv fəaliyyət göstərdiyini bildirib. Eyni zamanda, Bakı Limanı 21-ci əsrin limanı kimi səciyyələndirildiyini qeyd edib və burada işlərin böyük hissəsinin avtomatlaşdırıldığını bildirib. Limanın bu ilin oktyabr ayında “Ecoports” sertifikatı alaraq Avropanın 34 limanından biri olduğu barədə məlumat verilib.
 
Görüşdən sonra B.Ribeiro Ələtdəki Bakı Limanına səfər edib və burada limanın İstismar xidmətinin rəisi Eugene Seah qonağa liman əməliyyatları barədə təqdimat keçirib. Daha sonra diplomat liman ərazisi ilə əyani olaraq tanış olub.








Redaktorun seçimi