ARDNF-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib

Hit: 400
ARDNF-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib.  
 
Faktor.az xəbər verir ki, Prezident İlham Əliyev dekabrın 9-da bununla bağlı sərəncam imzalayıb. 
 
Sərəncama əsasən, ARDNF-nin yeni tərkibinə Azərbaycanın Baş Naziri, Milli Məclis sədrinin müavini, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri, Maliyyə naziri, İqtisadiyyat naziri və Mərkəzi Bankın sədri daxildir.








Redaktorun seçimi