Bakıda ən böyük piyada körpüsü salınacaq - FOTOLAR

Hit: 1726
Bakıda ən böyük piyada körpüsü salınacaq - FOTOLAR
Bakıda ən böyük piyada körpüsü salınacaq.
 
Faktor.az xəbər verir ki, Ağ Şəhərdə salınacaq yüksək səviyyəli körpü layihənin şimal və cənubunu Nobel prospekti üzərindən birləşdirəcək və Bakının yeni nişanlarından birinə çevrilməsini vəd edir.
 
Eni 7-14 metr, uzunluğu 237 metr olan körpünün üst qatı cənubda Sahilyanı kvartala, şimalda eyni zamanda Fəvvarələr Meydanının mərkəzinə, 1-ci Fəvvarələr küçəsinə, alt qatı isə Nobel prospektində yerləşən Zaman meydanına çıxacaq. Piyadalar həmçinin körpüdə yerləşdiriləcək eskalator və liftlər vasitəsilə Ağ Şəhər metro stansiyasına rahat gediş-gəliş əldə edəcəklər.
1
1








Redaktorun seçimi