Twitter qərarını dəyişdi: Hesablar silinmir

Hit: 451
Twitter qərarını dəyişdi: Hesablar silinmir
"Twitter" şirkəti altı ay müddətində aktiv olmayan hesabların silinməsi ilə bağlı qərarını təxirə salıb.
 
Şirkət sözügedən qərarı istifadəçilərin narazılığından sonra qəbul edib.
 
"Biz bu addımın ölmüş şəxslərin hesablarına təsir edəcəyinə dair sizin fikirlərinizi eşitdik. Bu, bizim tərəfimizdən səhv idi", - şirkətdən bildirilib.
 
Hazırda "Twitter" ölmüş şəxslərin hesablarının saxlanması üçün yeni üsulları nəzərdən keçirir.








Redaktorun seçimi