"Azərbaycanda hər 100 nəfərə 112 mobil telefon düşür"

Hit: 199
"Azərbaycanda hər 100 nəfərə 112 mobil telefon düşür"
“Hazırda Azərbaycan əhalisinin 80%-dən çoxunun yüksəksürətli internetə çıxışı var”.
 
Bunu Bakıda keçirilən “Xəzər İnnovasiya Konfransı”nda çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
 
Onun sözlərinə görə, həmin göstərici ev təsərrüfatları üzrə 72,2% təşkil edir ki, bu da dünya üzrə orta göstəricidən daha çoxdur: “Dünyadakı ev təsərrüfatının 57%-nin, o cümlədən inkişaf etməkdə olan ölkələrdəki ev təsərrüfatlarının 46,7%-nin yüksəksürətli internetə çıxışı var”.
 
Bundan başqa, nazir müavininin sözlərinə görə, Azərbaycanda mobil telefondan istifadə də yüksək səviyyədədir: “Hazırda ölkəmizdə hər 100 nəfərə 112 mobil telefon düşür”.
 
“İnnovasiyaların inkişafı nəticəsində əşyaların interneti sahəsinə qoyulan investisiyaların məbləği 6 milyard ABŞ dollarına çatdırılacaq”, - E.Vəlizadə əlavə edib. (Report)







Redaktorun seçimi