LG ilə daha yaxşı həyata doğru

Hit: 504
LG ilə daha yaxşı həyata doğru

LG-nin “TWINWash” paltaryuyan maşınları su, vaxt və enerjiyə qənaət etmək üçün istehsal olunub

LG Electronics (LG) istehlakçıların daha dayanıqlı həyat tərzinə keçidinə kömək etmək üçün ekoloji təmiz texnologiyalara yatırım etməyə davam edir.
 
“LG TWINWash” paltaryuyan maşını istehlakçılara iki yükləməni eyni anda idarə edə bilən ilk yuma və qurutma texnologiyasını təqdim edir. Onun təqdimatı məişət texnikası dizaynında yeni eranın başlanğıcı – gündəlik həyat tələbatlarının daha asan və rahat yerinə yetirilməsi deməkdir.
 
Dünya üzrə camaşır yuyulma prosesinin necə həyata keçirildiyini öyrənən LG “TWINWash” maşınlarını təqdim edir. İnsanların yüksək performansı və effektivliyi qoruyaraq gündəlik rutinlərini necə idarə etdikləri barədə məlumatlar maşının hazırlanmasında əsas baza kimi çıxış edib. Araşdırmalar göstərib ki, insanlar müxtəlif parçaları ayrılıqda yuyur və bunu etmək üçün çox az vaxtları olur. Bu problemə innovativ həll kimi təqdim edilən LG-nin yeni nəsil maşınları ümumi və parça keyfiyyətinin qorunması ilə bərabər daha çox paltarı eyni vaxtda yuya bilir.
 
“LG TWINWash” maşınları suya qənaət etmək və yuma dövrünü qısaltmaq üçün “EcoHybrid” texnologiyasına malikdir. İstifadəçilər kondensasiya zamanı sudan istifadə etməyən “Eco Dry” rejimini və yuma dövrünü qısaltmaq üçün “Normal Dry” rejimini seçə bilərlər.
 
Paltaryuyan maşın “Normal Dry” rejimi ildə təxminən 13.220 dəqiqəyə və ya 9 günə qənaət edir. “Eco Dry” rejimi isə kiçik bir üzgüçülük hovuzunu doldurmağa kifayət edəcək qədər – 6.956 litr suya qənaət edir. Hava ilə qurutma və suya qənəat funksiyaları ilə “TWINWash” paltaryuyan maşınları istehlahçıların enerji xərclərini və ətraf mühitə mənfi təsirlərini azaldır.
 
Unudulmuş camaşırların ayrıca yuyulmasına vaxt itirməmək üçün LG “TWINWash” maşınları “Əşya Əlavə Et” düyməsi ilə təchiz edilib. İndi istifadəçilər yuma zamanı maşının əsas qapısını aça və unudulmuş əşyaları asanlıqla əlavə edə bilərlər.
 
LG-nin “TWINWash” technologiyası haqqında daha geniş məlumat əldə etmək üçün sayta daxil olun: https://www.lg.com/ae/twinwash
 
LG Electronics Məişət Əşyaları və Hava Həlləri Şirkəti Haqqında
 
LG Electronics Məişət Əşyaları və Hava Həlləri bölməsi məişət texnikası, ağıllı məişət həlləri, havalandırma sistemləri, həmçinin süni intellektə malik futuristik məhsulların istehsalı üzrə dünya lideridir. Şirkət sənayə lideri olan texnologiyaları ilə məişət üçün kütləvi həllər yaradır və ağıllıca hazırlanmış mətbəx əşyaları, ev əşyaları və havalandırma həlləri məhsulları ilə istehlakçıların həyatını daha da yaxşılaşdırmaq barədə qətiyyət göstərir. Bu məhsullar bir araya gələrək təkmilləşdirilmiş rahatlıq, əla performans, effektiv əməliyyat və üstün sağlamlıq faydaları təmin edir. Daha çox məlumat üçün www.LG.com. – a daxil olun








Redaktorun seçimi