Naxçıvanın xarici ticarət dövriyyəsi 351,4 milyon dollara yaxın olub

Hit: 311
Naxçıvanın xarici ticarət dövriyyəsi 351,4 milyon dollara yaxın olub
2019-cu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 351 milyon 390 min 800 ABŞ dolları təşkil edib.
 
Bu barədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
 
Bildirilir ki, xarici ticarət dövriyyəsinin 307 milyon 559 min 300 ABŞ dollarını ixrac, 43 milyon 831 min 500 dollarını idxal təşkil edib və 263 milyon 727 min 800 ABŞ dolları dəyərində müsbət saldo yaranıb. Bu isə yerli istehsalın inkişafı və nəticədə, daxili bazarın xarici məhsullardan asılılığının azalması deməkdir.
 
Naxçıvan mənşəli məhsul və xidmətlərin xarici bazarlarda təşviqi məqsədilə beynəlxalq tədbirlərdə muxtar respublika ixracatçılarının iştirakının təmin edilməsi və ixrac üçün potensial və perspektivli sayılan dövlətlərdə müvafiq sərgilərin, forumların təşkili və digər təşviqat tədbirlərinin gücləndirilməsi əsas prioritetlərdəndir. Bu məqsədlə cari ilin ötən dövrü ərzində Almaniya, İran, Belarus, Rusiya, Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı, Xorvatiya, Polşa, Çexiya, Avstriya, Fransa, Türkiyə, Koreya Respublikası kimi ölkələrin nümayəndələri ilə keçirilən 25 beynəlxalq tədbirdə muxtar respublikadan 101 sahibkarlıq subyekti iştirak edib.  








Redaktorun seçimi