Aksiz vergisi üzrə daxilolmalar 23 faiz artıb

Hit: 239
Aksiz vergisi üzrə daxilolmalar 23 faiz artıb

Yanvar-oktyabr aylarında aksiz vergisi üzrə daxilolmalar ötən ilin eyni ayları ilə müqayisədə 23 faiz artaraq 669,9 milyon manata çatıb.

Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən Faktor.az-a bildirilib ki, xarici iqtisadi fəaliyyətlə bağlı vergilər isə 20 faiz artıb.

Əlavə dəyər vergisinin ümumi məbləği 18 faiz artyaraq 3 milyard 756,87 milyon manata çatıb. Əmlak vergisi üzrə 16 faiz, hüquqi şəxslərin mənfəət (gəlir) vergisində isə 7 faizlik artım qeydə alınıb.









Redaktorun seçimi