“Rabitəbank” rebrendinq etdi

Hit: 813
“Rabitəbank” rebrendinq etdi

Rahat bankçılıq şüarı ilə, ölkənin ən böyük banklarından biri imicini dəyişib

Ölkənin müstəqillik dövründə yaranan ilk banklarından biri olan Rabitəbank, fəaliyyətinin 27-ci ilində yaşıl rənglərə keçid edərək, rebrendinq etmişdir. 
 
Yaşılın 3 ton palitrasından ibarət olan yeni loqo, dayanıqlılıq, inkişaf və rəqəmsallıq anlayışını ifadə edir. Loqonun fiqurları isə Rabitəbank adında “R” və “B” hərflərinin birləşməsini xatırlatmaqla yanaşı, həm də müasir rabitə vasitəsi olan danışıq pəncərəsini (chat bubble) xatırladır.
 
Həmçinin, Rabitəbank yaşıla keçidlə yanaşı, şüarını da “rahat bankçılıq” olaraq təqdim etmişdir. Bankın yeni rahat bankçılıq şüarı bankı rəqamsal sahədə müştərilərə sürətli və səlis naviqasiya imkanları ilə bank xidmətlərindən istifadə imkanları, fiziki məkanlarda isə bankın filial və şöbələrində peşəkar əməkdaşlar tərəfindən komfortlu məkanda xidmətlərin təqdim olunmasını nəzərdə tutur. 
 
Həmçinin, bank yeni rəngləri və loqosu ilə yanaşı, bankın rəqamsal xidmət kanalları olan Mobil əlavəsini, RabitəBot Telegram və Facebook çatbotlarını və İnternet Bankçılıq xidmətlərini yenilədi. Həmçinin yeni loqo və rənglərlə yanaşı bankın fiziki xidmət məkanlarının yeni dizaynı təqdim olundu. Qeyd edək ki, bankın yeni dizaynla hazırlanmış konsept filialı artıq Bakı şəhərində Şəmsi Bədəlbəyli və Bülbül küçələrinin kəsişməsində , 24/7 formatında fəaliyyət gostərir. 
 
Qeyd edək ki, Rabitəbank 1993- cü ildən etibarən fəaliyyətinə başlamış və universal bank olaraq həm KOB-ların tərəfdaş bankı kimi sahibkarlarla yaxından işləyir, həm ictimaiyyətə hər növ bank xidmətlərini təqdim edir. Rabitəbank bir çox yerli və beynəlxalq əhəmiyyətli sahibkarlığın inkişafı layihələrində tərəfdaş bank qismində də çıxış etmişdir və hal- hazırda Sahibkarlığın İnkişafı Fondu, AKİA, İpoteka və Zəmanət Fondu və Dünya Bankı ilə sahibkarların maliyyələşdirilməsi sahəsində əməkdaşlıq edir. 
 
Rabitəbank, Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-ı, Rabitəbank Mobile adlı mobil əlavəsi, İnternet Bankinq və RabitəBot adlı çatbotu ilə müştərilərin xidmətindədir.
 








Redaktorun seçimi