Tanınmış jurnalistə vəzifə verildi

Tanınmış telejurnalist, ATV telekanalının aparıcısı Ariz Tarverdiyev yeni vəzifəyə təyinat alıb.
Telejurnalist "AzerGold" QSC-nin mətbuat katibi təyin olunub. O bir neçə gündür ki, vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, A.Tarverdiyev ATV-də müxbir, xəbər informasiya proqramı və "ATV Aktual" ictimai-siyasi verilişinin aparıcısı olub.


