KOBİA “Huawei” şirkəti ilə əməkdaşlıq edəcək

Hit: 351
KOBİA “Huawei” şirkəti ilə əməkdaşlıq edəcək
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə “Huawei Tech Azərbaycan” MMC arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
 
KOBİA-dan Faktor.az-a bildirilib ki, qurumun idarə heyətinin sədri Orxan Məmmədov “Huawei Tech Azərbaycan” MMC-nin icraçı direktoru Canlin Lu ilə görüşüb.
 
Görüşdə Azərbaycanda innovativ startapların dəstəklənməsi, birgə əməkdaşlıq çərçivəsində KOB-lar üçün dəstək modellərinin yaradılması, tələbə və startapların “Huawei” ilə əməkdaşlığının genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
 
KOBİA-nın sədri ölkəmizdə innovasiyaların inkişafına və yeni texnologiyaların tətbiqinə verilən önəmi, strartaplara göstərilən dəstəyi vurğulayıb, agentliyin fəaliyyətini, mikro, kiçik və orta sahibkarlara göstərdiyi dəstəyi, eləcə də “Huawei” şirkəti ilə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
 
C.Lu isə İKT sahəsində KOB-ların rolunun artırılmasına dair fikirlərini bölüşüb, “Huawei” şirkətinin Azərbaycanda gördüyü işləri qeyd edərək agentliyin strukturuna daxil olan KOB inkişaf mərkəzlərinin yaradılması və bu mərkəzlərlə əməkdaşlıq imkanlarının nəzərdən keçirilə biləcəyini qeyd edib.








Redaktorun seçimi