Bakı-Sumqayıt qatarı ilə sərnişin daşınması 2-3 dəfə artırılacaq

Hit: 370
Bakı-Sumqayıt qatarı ilə sərnişin daşınması 2-3 dəfə artırılacaq
“Hazırda Bakı-Sumqayıt dəmir yolu xətti ilə hər gün 12 min sərnişin daşınır”.
 
Faktor.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Prezident İlham Əliyevin qəbulunda deyib.
 
Onun sözlərinə görə, sözügedən istiqamətdə dairəvi dəmir yolu xətti istifadəyə verildikdən sonra daşınan sərnişinlərin sayı 2-3 dəfə artacaq: “Hesab edirik ki, dairə tamamlananda təqribən 25-30 min sərnişin daşımaq imkanımız olacaq. Bu da yəqin ki, ən azı 300-500 avtobusun işini azaldacaq. Həm ekoloji cəhətdən təmizdir, həm çox yüksək səviyyəli və sürətli qatarlardır, içərisində bütün rahatlığı var, həm də vaxt təqribən iki-üç dəfə azalıb. Sürəti də saatda 140 km-ə qədər artırmaq istəyirik”. 








Redaktorun seçimi