Palata Ukrayna və Belarusun milli bankları ilə əməkdaşlıq edəcək

Hit: 345
Palata Ukrayna və Belarusun milli bankları ilə əməkdaşlıq edəcək

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Ukrayna və Belarusun milli bankları ilə əməkdaşlıq edəcək.

Palatanın mətbuat xidmətindən bildirilib ki, Ukrayna və Belarus milli bankları ilə MBNP arasında anlaşma memorandumunun mətni razılaşdırılıb və yaxın günlərdə imzalanması gözlənilir.

Qeyd edək ki, hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası 60-dək beynəlxalq təşkilat və xarici ölkələrin nəzarət qurumu ilə məhsuldar əməkdaşlıq edir.









Redaktorun seçimi