Dünyadakı milyarderin sərvəti ötən il azalıb

Hit: 483
Dünyadakı milyarderin sərvəti ötən il azalıb
2013-2018-ci illərdə dünyadakı milyarderlərin sərvəti 34,5% artaraq 8,5 trilyon ABŞ dollarına, milyarderlərin sayı isə 38,9% artaraq 2 101 nəfərə çatıb.
 
Bu barədə Isveçrənin UBS bankının və Böyük Britaniyanın "PwC" audit şirkətinin birgə hazırladığı hesabatda bildirilir. 
 
Bununla belə, sənəddə deyilir ki, ötən il milyarderlərin aktivləri 388 milyard dollar azalıb. Azalma bütün regionları əhatə etməyib. Belə ki, Çin və Rusiya milyarderlərinin aktivləri 6% və 2,9% azaldığı halda, ABŞ və Qərbi Avropa milyarderlərinin sərmayələri 0,1% və 19% artıb. 
 
Hesabat hazırlanarkən 43 ölkənin milyarderinin sərvəti təhlil edilib.








Redaktorun seçimi