Bu gün Bakı Metropoliteni işçilərinin peşə bayramıdır

Hit: 392
Bu gün Bakı Metropoliteni işçilərinin peşə bayramıdır

Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ildə imzaladığı Sərəncama əsasən hər il noyabrın 8-i Metropoliten işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2014-cü il tarixli 201 saylı Qərarı ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi və strukturu təsdiq edilib və 17 iyul 2014-cü il tarixində vergi orqanında hüquqi şəxs kimi dövlət qeydiyyatından keçib.

Kütləvi şərnişin daşınmasında şəhər əhalisi üçün mühüm əhəmiyyət daşıyan metropolitenin genişləndirilməsinin, o cümlədən istismar və metro tikintisi kimi mühüm sahələri vahid bir təsərrüfat kompleksində birləşdirməyin zəruriliyindən yaradılmış “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti təsis edildiyi tarixdən qısa müddət ərzində əmək kollektivini formalaşdıraraq, müəssisə qarşısında qoyulmuş vəzifələrin icrasını həyata keçirir.

Məqsədi Bakı metropoliteninin inkişaf etdirilməsindən, sərnişinlərin metro nəqliyyatında daşınmasının keyfiyyətinin yüksəldilməsindən, yeni metropoliten xətlərinin və stansiyalarının tikintisindən, metropolitenin maddi-texniki bazasının gücləndirilməsindən ibarət olan “Bakı Metropoliteni” QSC-nin əməkdaşlarının ümumi sayı 6500 nəfərə yaxınlaşır ki, bunun da 1500 nəfərdən çoxu metro tikintisi sahəsində çalışır.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyev Bakının nəqliyyat infrastrukturunda metropolitenə böyük əhəmiyyət verir. Bu, öz təsdiqini son beşillikdə metronun texniki cəhətdən təkmilləşdirilməsi, yenidən qurulması üçün investisiya vəsaitinin ayrılması, metronun yeni sahələrinin tikilməsi, yeraltı yolların inkişafı istiqamətində görülən tədbirlər və metronun qarşıdakı 20 ildə inkişaf planının qəbul olunmasında tapır. Həmin plana görə, yaxın 20 il ərzində metropoliten yollarının uzunluğu 119 kilometrə, stansiyaların sayı 76-ya çatacaq.









Redaktorun seçimi