Ölkəyə səfər edən amerikalı turistlərin sayı artıb

Hit: 374
Ölkəyə səfər edən amerikalı turistlərin sayı artıb
Azərbaycana səfər edən amerikalı turistlərin sayı artıb.
 
Dövlət Turizm Agentliyindən Faktor.az-a verilən məlumata görə, bu barədə Agentliyin sədri Fuad Nağıyev ABŞ-ın yəhudi icmasını təmsil edən media nümayəndələri, turizm şirkətlərinin təmsilçiləri və sahibkarlardan ibarət heyətlə görüş zamanı bildirib.
 
Onun sözlərinə görə, 2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana səfər edən ABŞ-lı turistlərin sayı 15 min nəfər təşkil edib.
 
“Bu da ötən ilin eyni dövrünə nisbətdə 8% artım deməkdir”, - deyə F. Nağıyev qeyd edib.








Redaktorun seçimi