Sahibkarlar ticarətin maliyyələşdirilməsi üzrə məlumatlandırılacaqlar

Hit: 398
Sahibkarlar ticarətin maliyyələşdirilməsi üzrə məlumatlandırılacaqlar

Noyabrın 6-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi “PAŞA Bank”la birgə “Ticarətin maliyyələşdirilməsi” mövzusunda maarifləndirici tədbir təşkil edəcək.

İİTKM-dən bildirilib ki, tədbir təlim xarakterli olmaqla “PAŞA Bank”ın nümayəndələri tərəfindən keçiriləcək. Tədbirdə ticarətin maliyyələşdirilməsində maliyyə alətlərinin rolu, təchizat zəncirinin maliyyələşdirilməsi, invosyların və alış sifarişinin maliyyələşməsi məhsulu və işləmə mexanizmləri, ekspress faktorinq məhsulu, tenderdə qalib olduqdan sonra tələb olunan qarantiyalar (icra, avans, maliyyə vəsaitlərinin saxlama qarantiyası), akkreditivlər, ixrac fəaliyyəti üçün nəzərdə tutulan ənənəvi kreditlər və sair barədə sahibkarlara məlumat veriləcək.









Redaktorun seçimi