Uzaq yola çıxan sərnişinlərə - ŞAD XƏBƏR

Hit: 427
Uzaq yola çıxan sərnişinlərə - ŞAD XƏBƏR

Bakı Dəmir Yolu Vağzalı sərnişinlərə daha bir xidmət təqdim edib. Arıtq “SLEEP BOX”, yəni “Yuxu Qutusu” sərnişinlərin ixtiyarındadır.

Faktor.az xəbər verir ki, uzaq yola çıxan sərnişinlər çox vaxt məhz Bakı Dəmir Yolu Vağzalında qatar gözləməli olurlar. Bu səbəbdən də sərnişinlər üçün istirahət otağı təşkil edilib.

Qatarın yola düşməsinə bir neçə saat qalıb və özünüzü yorğun hiss edirsinizsə, bura sizin üçün ən uyğun məkan olacaq.
İlk dəfə sərnişinlərin istifadəsinə verilən “SLEEP BOX”da qonaqlar 1 saatdan 3 saatadək dincələ bilərlər.

“Yuxu qutusu”nda eyni vaxtda yalnız bir nəfər istirahət edə bilər. Yığcam və səliqəli otaqda sərnişinlər üçün tək çarpayı və televizor quraşdırılıb.

24 saat ərzində hostelin xidmətindən yararlana bilərsiniz. Bunun üçün əvvəlcə “Məlumat bürosuna” yaxınlaşıb şərtlərlə tanışa olur, sonra kassada ödəniş edirsiniz. Qiymətlər isə 1 saat üçün 13 manat, 2 və ya 3 saat dincəlmək üçün isə 30 manat müəyyən olunub.









Redaktorun seçimi