“BP-ni Kəşf et Həftəsi” keçiriləcək

Hit: 363
“BP-ni Kəşf et Həftəsi” keçiriləcək

“BP-ni Kəşf et Həftəsi” noyabrın 25-də başlayan həftə ərzində BP-nin Bakı ofisində keçiriləcək.

“BP Azerbaijan”dan bildirilib ki, tədbirdə mexanika mühəndisliyi, inşaat mühəndisliyi, elektrik mühəndisliyi, neft-qaz mühəndisliyi, geoloji kəşfiyyat və tətbiqi riyaziyyat ixtisasları üzrə Azərbaycan universitetlərində təhsil alan, 2022-ci ildə məzun olacaq tələbələr iştirak edə bilərlər.

Hər gün BP-dəki müxtəlif ixtisas sahələrinə həsr olunacaq. Bu birgünlük tədbir tələbələrə neft-qaz sənayesindəki imkanlar barədə daha ətraflı məlumat əldə etmələrinə və gələcəkdə BP şirkətində mühəndis kimi karyeralarını necə inkişaf etdirə biləcəklərini daha aydın təsəvvür etmələrinə kömək edəcək. Tələbələr BP-nin təcrübə proqramları və məzunlar üçün yaratdığı imkanlar haqqında daha çox şey öyrənmək, iş stajı çox olan işçilərdən onların vəzifələri və hazırkı məzunlarla yaratdıqları şəbəkə haqqında eşitmək imkanı qazanacaqlar.

Bəzi ixtisaslar üzrə qurudakı sahələrə səfər etmək və orada nəzəri biliklərin sənayeyə necə tətbiq oluna biləcəyini görmək fürsəti olacaq.

Qeydiyyat üçün son tarix noyabrın 5-dir. Ərizə forması, tədbirin qrafiki və uyğunluq meyarları barədə ətraflı məlumatı https://www.bp.com/az_az/caspian saytından əldə etmək olar.









Redaktorun seçimi