“Facebook News” gəlir – Mark yeniliyə qərar verdi

Hit: 669
“Facebook News” gəlir – Mark yeniliyə qərar verdi

“Facebook” ABŞ-ın ən böyük şəhərlərində “Facebook News” günün xəbərləri xidmətini test etməyə başlayacaq. 

Şirkətin verdiyi məlumata əsasən, yeni servisdə istifadəçinin maraqları və yaşayış yerləri nəzərə alınmaqla, media xəbərləri nümayiş olunacaq.

“Facebook”da hesab edilir ki, bu nəşrlər istifadəçilərə ən son və vacib xəbərlərdən məlumatlı olmağa imkan verəcək, baş verənləri daha yaxşı araşdırmağa və informasiya sahəsində maraqlarını genişləndirməyə kömək edəcək.

Bu bölmədə kiçik xəbərlərlə yanaşı, müəyyən vacib mövzularla bağlı xəbərlər də dərc olunacaq. 

Bu servisin “Facebook”a neçəyə başa gələcəyi hələ məlum deyil. 

“The Wall Street Journal”ın bir müddət əvvəl verdiyi məlumata görə, “Facebook” müxtəlif nəşrlərə yüz min dollarlardan başlayaraq bir neçə milyona qədər təklif edib.









Redaktorun seçimi