Ölkədəki "bəzi ekspertlər" iqtisadi inkişafı görməzdən gəlirlər - Elşən Allahverdiyev

Hit: 725
Ölkədəki "bəzi ekspertlər" iqtisadi inkişafı görməzdən gəlirlər - Elşən Allahverdiyev

Ölkə rəhbərinin apardığı islahatlar maliyyə sektorunda da öz nəticələrini göstərməkdədir.

Faktor.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi Elşən Allahverdiyev deyib.

O, öz facebook səhifəsində paylaşım edərək, qeyd edib ki, "Dünya Bankı, Beynəlxalq Valyuta Fondu (IMF), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Asiya İnkişaf Bankı (ADB), İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO), FİTCH beynəlxalq reytinq agentliyi, Moody’s beynəlxalq reytinq agentliyi, Standard & Poor's beynəlxalq reytinq agentliyi və digər beynəlxalq təşkilatlar ölkəmizin maliyyə bazarlarında son dövrlər görülən işləri yüksək qiymətləndirir və sektorun gələcəyini müsbət proqnozlaşdırır. Təəssüflər olsun ki, bəzi saxta ekspertlər (şəxsi maraqlarını dövlət maraqlarından üstün tutanlara ekspert demək mümkündürsə) bu inkişafı görməzdən gəlir və israrla, qərəzlə bu uğurlara kölgə salmağa çalışır.

Olsun, onsuz da karvan öz yolunu gedir və nailiyyətlərimiz hər gün daha da artır. Bu arada “Fitch Ratings”in qiymətləndirməsinə əsasən Azərbaycan Cənubi Qafqazda birincidir. Belə ki, Şərqi Avropa və post-Sovet məkanında yerləşən 22 ölkənin dəyərləndirildiyi 2019-cu ilin üçüncü rübünə olan növbəti hesabatda ölkəmiz öz müsbət mövqeyini qorumuş və BB+ qiymətləndirməsi ilə sabit inkişaf tempi nümayiş etdirmişdir".

Firuzə Firdevs









Redaktorun seçimi