Azərbaycan nefti ucuzlaşır

Hit: 236
Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 1-də 62,31 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,05 dollar/barel azdır.

Faktor.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 61,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,13 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 56,73 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,90 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 59,46 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,45 dollar/barel azdır.









Redaktorun seçimi