“Biznesə başlama” mövzusunda təlim keçirilib

Hit: 314
“Biznesə başlama” mövzusunda təlim keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Vergilər Nazirliyi ilə birgə hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə elektron müraciət sistemi ilə bağlı təlim keçirilib. Təlim zamanı bu sahə üzrə aparılan islahatlar prosesi, qeydiyyat üzrə ləğv olunan prosedurlar, hüquqi şəxslərin 1 prosedurla onlayn dövlət qeydiyyatı, elektron sistem və ondan istifadə qaydaları ilə bağlı təqdimat keçirilib.

  Vergilər Nazirliyinin müşaviri Ələkbər Məmmədov təkmilləşdirilmiş elektron müraciət sisteminin üstünlükləri, ondan istifadə qaydaları ilə bağlı məlumat verib. Həmçinin ictimai birlik və assosiasiyaların suallarını cavablandırıb.

   Qeyd edək ki, “Biznesə başlama, vergi və hesabatlılıq” işçi qrupunun 2019-cu ilin ikinci yarımilliyi üzrə İcra və Kommunikasiya Planına əsasən elektron sistem üzrə cəmiyyətin fərqli nümayəndələri üçün aparılan təlim və görüşlərin keçirilməsi, onların nəticələrinin təhlil olunması nəzərdə tutulur. Həmçinin, bu sahədə məlumatların daha uyğun formada operativ çatdırılması və kommunikasiyanın daha da təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlanaraq aidiyyəti qaydada təqdim olunacaq.









Redaktorun seçimi