Banklar 100 dollarlıq əskinasın qəbulunda problem yaradırlar

Hit: 344
Banklar 100 dollarlıq əskinasın qəbulunda problem yaradırlar

Azərbaycanda bəzi banklarda 100 dollarlıq əskinasların qəbulu ilə bağlı problem yaranıb.

Faktor.az Bizimyol.info-ya istinadən xəbər verir ki, söhbət 1993-cü ilə qədər tədavülə buraxılan əskinaslardan gedir. Banklar həmin pul nişanının dövriyyədən çıxarıldığı iddia edərək qəbul etmirlər.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) mətbuat xidməti məsləylə bağlı verdiyi açıqlamada bildirib ki, bunun səbəbi müştərilərin banklardan bu əskinasları götürməməsidir.

“Bu vəsaitlərin həcmi də çox olmadığından nağd formada xarici ölkəyə daşınması, daşınma xərcləri ilə əlaqədar effektiv deyil. Bundan əlavə, Azərbaycan Respublikasının Mərkəzi Bankı da öz növbəsində banklardan xarici valyuta qəbul etmir. Nəticədə 1993-cü ilin emissiyası olan əskinaslar istifadə edilə bilmədiyi üçün banklarda "ölü" vəsaitə çevrilir.

Qeyd olunanlar nəzərə alınaraq, banklar tərəfindən köhnə tarixli emissiya olunmuş əskinaslar qəbul edilmir”.









Redaktorun seçimi