İqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətləri müzakirə edilib

35 dəfə oxunub
İqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətləri müzakirə edilib

Sentyabrın 19-da İqtisadiyyat naziri, Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev Tacikistan Parlamentinin Yuxarı Palatasının vitse-spikeri, Soqd vilayətinin rəhbəri Rəcəb Axmadzodə ilə görüşüb.

İqtisadiyyat naziri Azərbaycan-Tacikistan əməkdaşlığının qarşılıqlı hörmət, etimad və maraq prinsiplərinə əsaslandığını, dövlət başçılarının qarşılıqlı dostluq münasibətlərinin, yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əməkdaşlığın inkişafında mühüm rolunu vurğulayıb.

Şahin Mustafayev Azərbaycanda həyata keçirilən islahatlar, münbit biznes və investisiya mühiti, geniş nəqliyyat-tranzit imkanları barədə məlumat verib, ölkələrimiz arasında iqtisadi-ticarət, humanitar və s. sahələrdə əlaqələrin genişləndirilməsi üçün imkanları diqqətə çatdırıb.

Tacikistan Parlamentinin Yuxarı Palatasının  vitse-spikeri, Soqd vilayətinin rəhbəri Rəcəb Axmadzodə Tacikistan Respublikası Prezidentinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini, dövlət başçılarının qarşılıqlı səfərlərinin əlaqələrin inkişafında xüsusi əhəmiyyətini vurğulayıb. Soqd vilayətinin iqtisadiyyatı barədə məlumat verən Rəcəb Axmadzodə Azərbaycanın sürətli sosial-iqtisadi inkişafını, energetika və nəqliyyat-tranzit imkanlarını qeyd edərək, iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə sənaye, ticarət, investisiya, nəqliyyat-tranzit, tikinti, kiçik və orta biznes, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə birgə müəssisələrin yaradılması və s. sahələrdə əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.



Redaktorun seçimi