Azərbaycan və Tacikistan birgə aqrar müəssisələr yarada bilər

Hit: 299
Azərbaycan və Tacikistan birgə aqrar müəssisələr yarada bilər

Azərbaycan və Tacikistan aqrar sektor sahəsində birgə müəssisələrin yaradılması layihələri üzərində çalışırlar.

Faktor.az xəbər verir ki, bunu Tacikistanın Azərbaycandakı səfiri Rustam Soli Bakıda keçirilən Azərbaycan-Tacikistan aqrobiznes forumunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, sözügedən forumun Tacikistan mütəxəssislərinin Azərbaycanın aqrar sektorunda olan böyük təcrübəsini öyrənilməsi baxımından çox vacibdir.

Azərbaycanın Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyevin sözlərinə görə, hazırda tərəflər baxçılıq, heyvandarlıq, üzümçülük, istixanaların yaradılması sahələri üzrə birgə müəssisələrin yaradılması məsələsini nəzərdən keçirir.








Redaktorun seçimi