İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi KOBİA-da təqdimat edib

Hit: 572
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi KOBİA-da təqdimat edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təşəbbüsü ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarında təmsil olunacaq əməkdaşlar üçün təqdimat keçirilib. Tədbirin keçirilməsində məqsəd KOBİA-nın Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işinə daha yaxından cəlb edilməsidir.

   Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədr müavini Mehman Abbas tədbiri açaraq bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar nəticəsində Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı üçün əlverili şərait yaranıb: “KOBİA-nın Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarında təmsilsilçiliyi bu sahədə aparılan islahatlara daha yaxından töhfə vermək imkanı yaradacaqdır.”

  İİTKM-in analitiki Nərmin Kazımlı işçi qruplarında təmsil olunan 14 nümayəndəyə Komissiyanın işi və Azranking.az portalı barədə ətraflı məlumatlar təqdim edib. Həmçinin ölkədə biznes və investisiya mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin reytinqinin daha da yaxşılaşdırılması məqsədilə yaradılmış komissiyanın tərkibində təmsil olunan işçi qruplarının fəaliyyəti barədə məlumat verilib, işçi qruplarının səmərəli fəaliyyətinin, onlar tərəfindən irəli sürüləcək təklif və təşəbbüslərin ölkədə sahibkarlığın inkişafı və onun rəqabət qabiliyyətinin daha da yüksəldilməsi baxımından əhəmiyyətli olacağı vurğulanıb. Eyni zamanda, İşçi Qruplarının 2019-cu ilin ikinci yarım illiyi üzrə təsdiq edilmiş “İcra və Kommunikaisya Planları”nda KOBİA nümayəndələri ilə birgə fəaliyyətin təmin edilməsi tədbirlərin icrasında səmərəliliyin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edəcəkdir.

   N.Kazımlı həmçinin Portalın funksionallığı, eyni zamanda “Elektron” Kargüzarlıq Sistemi”ndə istifadə ilə bağlı Agentliyin nümayəndələrinə ətraflı məlumatlar təqdim edib. Əlavə edib ki, bu portal Azərbaycanda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın fəaliyyətinin rəqəmsal təşkili üçün yaradılıb. Portalda Komissiya haqqında ümumi məlumat, qanunvericilik bazası, fəaliyyət, reytinqlər, müqayisə, onlayn müraciət və əlaqə bölümləri yer alıb.

Təqdimatın sonunda işçi qruplara cəlb ediləcəck əməkdaşların təklif və fikirləri qeydə alınıb, həmçinin yaranan suallar cavablandırılıb.









Redaktorun seçimi