Bankların valyuta dəyişmə məntəqələrində xarici valyutalar niyə yoxa çıxır?

100 dəfə oxunub
Bankların valyuta dəyişmə məntəqələrində xarici valyutalar niyə yoxa çıxır?

Bildiyiniz kimi Azərbaycanda 30 bank fəaliyyət göstərir. Onların əksəriyyəti özəl, bir neçəsi isə xarici bankların Azərbaycandakı filiallarıdır.

Faktor.az xəbər verir ki, 30 bankın hamısında valyuta mübadilə mərkəzləri olsa da, hamısında xarici valyutalar dəyişdirilmir. Bəzən sözügedən banklarda ya dollar olmur, ya da avro tapılmır.

Bü gün bankların veb səhifələrində apardığımız araşdırmlardan məlum oldu ki, əksər banklarda dollar və avro satılsa da, bir çoxlarında ingilis funtu, rus rublu və türk lirəsi yoxdur. Pakistan Milli

Bankının Bakı filialındakı valyuta mübadiləsi mərkəzlərində isə avro satışı həyata keçirilmir. Bu hal günə görə dəyişir. Yəni bəzən Azərbaycandakı banklarda avro və dollar da rus rublu, türk lirəsi kimi yoxa çıxır. Hələlik problemin səbəbləri barədə konkret söz deyilməsə də, bəzi ekspertlər bunu xarici valyutaların alış və satış qiymətlərinin tez-tez dəyişməsi ilə əlaqələndirir. (abc.az)



Redaktorun seçimi