Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyada ictimai təşkilatlarla görüş olub

25 dəfə oxunub
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyada ictimai təşkilatlarla görüş olub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya və Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilat rəhbərlərinin görüşü keçirilib.

 Görüş zamanı çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya çərçivəsində dövlət-özəl dialoqu həyata keçirilir: “Komissiyanın üzvləri, katibliyi və işçi qrupları bir tərəfdən dövlət qurumlarının nümayəndələri, digər tərəfdən isə özəl sektorun təmsilçilərindən ibarət olmaqla, həm də beynəlxalq təşkilatların aparıcı konsaltinq şirkətləri və beyin mərkəzilərini, qeyri-hökumət təşkilatlarını əhatə edir. Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya çərçivəsində dövlət-özəl dialoqu uzun müddətli strateji hədəflərə istiqamətlənməklə yanaşı, mobil idarəetmə strukturuna malikdir. Azranking.az portalı dövlət-özəl dialoqunu rəqəmsal platformaya keçirtməklə nəticəəsaslı fəaliyyəti təmin edir. Bu tip dövlət-özəl dialoqunun həyata keçirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların inklüziv, nəticəəsaslı, kompleks və sistemli olmasını təmin edir. Azərbaycanda dövlət özəl dialoqunun həyata keçirilməsi yaxşi idarəetmə və açıq hökümət prinsiplərinə uyğundur. Digər tərəfdən isə dövlət-özəl dialoqunun həyata keçirilməsi vətəndaş iştirakçılığı üçün geniş imkanlar yaradır. Beləliklə, iqtisadi siyasət fövqündə insan amili dayanır, iqtisadi siyasət Azərbaycan vətəndaşının layiqli həyat səviyyəsinin təmin edilməsinə istiqamətlənir. Çünki iqtisadi siyasətin formalaşmasında Azərbaycan vətəndaşı, müxtəlif təşkilatlanma formalarına – beyin mərkəzləri, ictimai təşkilatlar, beyin mərkəzləri, biznes strukturları və dövlət strukturları vasitəsi ilə yaxından iştirak edir. Məhz belə mütəşəkkil qaydada həyata keçirilən iqtisadi islahatların nəticəsidir ki, bu gün Azərbaycan dünya Bankının “Doing Business” hesabatında dünyanın ən islahatçı ölkəsi kimi qiymətləndirilərək 190 ölkə arasında 25-ci yeri tutub. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində bu il reytinqdə daha da irəliləyəcəyimiz gözlənilir.”

V. Qasımlı həmçinin ictimai təşkilatları Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işində daha yaxından iştirak etməyə, ayrı- ayrı işçi qruplarda təmsil olunmağa dəvət etdi.

  Daha sonra Azərbaycan Respublikası Prezidentinin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin baş məsləhətçisi, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxış edib. O Portalın funksionallığı, eyni zamanda “Elektron” Kargüzarlıq Sistemi”ndə istifadə ilə bağlı ictimai birliklər və biznes assosiasiyalarının nümayəndələrinə ətraflı məlumatlar təqdim edib. Əlavə edib ki, bu portal Azərbaycanda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işinin rəqəmsal təşkili üçün yaradılıb. Portalda Komissiya haqqında ümumi məlumat, qanunvericilik bazası, fəaliyyət, reytinqlər, müqayisə, onlayn müraciət və əlaqə bölümləri yer alıb. Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən Portalda Komissiyanın iclaslarında baxılan məsələlər və qəbul edilən qərarlar barədə məlumatların ictimaiyyət, eləcə də kütləvi informasiya vasitələrində şəffaf və əlçatan olaraq yayılmasını təmin etmək məqsədi daşıyır. Komissiya haqqında ümumi məlumat, qanunvericilik bazası, fəaliyyət, reytinqlər, müqayisə, onlayn müraciət və əlaqə bölümləri yer alıb.

  Ədliyyə nazirliyinin şöbəsinin rəisi Səbinə Salmanova Prezidentin Fərmanı əsasında yaradılan “Fərdi elektron pəncərə” sistemi barədə iştirakçılara geniş məlumat verib. Bildirilib ki, Sistemə 14 dövlət qurumu və bütün qeyri-kommersiya qurumları daxildir. Eyni zamanda sistemdə elektron xidmətlərin təkmilləşdirilməsi və genişləndirilməsi ilə bağlı mütəmadi tədbirlər görülür. Davamlı olaraq təkmilləşdiriləcək tədbirlərə qrant müqavilələrinin qeydiyyatı üzrə müraciətlərin elektron qəbulu və cavablandırılması, QHT-lərin təsis sənədlərində və dövlət reyestrində onlar barədə qeydə alınan faktlarda edilən dəyişikliklər ilə bağlı müraciətlərin elektron qəbulu, qeydiyyatı və cavablandırılması , həmçinin dövlət reyestrindən çıxarışların elektron formada verilməsi ilə bağlı işlər daxildir.

  Tədbirdə ictimai təşkilatların rəhbərləri də çıxışlar edib. Onlar Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın fəaliyyətində yaxından iştirak etməkdə maraqlı olduqlarını, bundan sonrakı prosesə daha geniş tərkibdə qoşulacaqlarını bildiriblər. İctimai fəallar həmçinin iqtisadi islahatların aparılması sahəsində müxtəlif təkliflər səsləndiriblər.



Redaktorun seçimi