TAP kompressor stansiyalarının tikintisini ilin sonunda başa çatdırmağı planlaşdırır

29 dəfə oxunub
TAP kompressor stansiyalarının tikintisini ilin sonunda başa çatdırmağı planlaşdırır

Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi üzrə konsorsium kompressor stansiyalarının tikintisini 2019-cu ilin dördüncü rübündə başa çatdırmağı planlaşdırır.

Trend bu barədə konsorsiuma istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, tikinti işləri davam edir: "Yunanıstanın Kipoy şəhərindəki kompressor stansiyaları artıq elektrik enerjisi tədarükçüsünə qoşulub. Albaniyanın Fieri şəhərində tikinti işləri demək olar ki, başa çatıb".

Qeyd edək ki, dəyəri 4,5 milyard avro olan TAP "Cənub Qaz Dəhlizi" layihəsinin tərkib hissəsidir.



Redaktorun seçimi