Azərbaycanda metanol istehsalının həcmi nə qədərdir?

34 dəfə oxunub
Azərbaycanda metanol istehsalının həcmi nə qədərdir?

Bu günədək "SOCAR Metanol" zavodunda 226 min tonadək metanol istehsal olunub.

Bunu Trend-ə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) bildiriblər.

Məlumata əsasən, bu ilin sonunadək 360 min ton məhsulun istehsalı planlaşdırılır. Bu məhsulun 97 faizi ixraca yönələcək.

Qeyd edək ki, "SOCAR Metanol" 2014-cü ilin yanvarında işə başlayıb. Zavodun istehsal gücü ildə 650-700 min ton təşkil edir.

Zavodun dəyəri 520 milyon dollar məbləğində ölçülür.



Redaktorun seçimi