Qonşu ölkənin qaz istehsalı nə qədərdir?

24 dəfə oxunub
Qonşu ölkənin qaz istehsalı nə qədərdir?
"İranda gündəlik 810 milyon kubmetr təbii qaz istehsal olunur".
Faktor.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Milli Qaz Şirkətinin rəsmisi Mehdi Cəmşidi Dana deyib.
 
M.Cəmşidi Dananın sözlərinə görə, bu göstərici isə 5 milyon barel xam neftə bərabərdir. o, əlavə edib ki, İranın qaz şəbəkəsi yetərinə böyükdür və qaz nəqli çox yaxşı formada həyata keçirilir:
 
"İranda 30 min kilometrdən çox boru xətti, 82 qaz təzyiqini gücləndirmə stansiyası, 296 turbo-kompressor mövcuddur".

M.Cəmşidi Dananın sözlərinə görə, İranın qaz nəqli şəbəkəsi xətlər və avadanlıqların həcmi baxımından Asiyada birinci, dünyada isə dördüncü yerdə qərarlaşıb: "İran qaz nəqli baxımından dünyada rəqibsizdir".

 



Redaktorun seçimi