Azərbaycanda süni qiymət artımı varmı? - Ekspertdən bazar təlaşını aradan qaldıran AÇIQLAMA

136 dəfə oxunub
Azərbaycanda süni qiymət artımı varmı? - Ekspertdən bazar təlaşını aradan qaldıran AÇIQLAMA

Son günlər Azərbaycanın istehlak bazarında qiymət artımının müşahidə olunması ilə bağlı müxtəlif iddialar səsləndirilir. Lakin Azərbaycan Prezidentinin süni qiymət artımının yolverilməzliyi, bu sahədə hər hansı manipulyasiyanın qarşısının alınmsı və səbəbkarların cəzalandırılması barədə səsləndirdiyi fikirlər və gördüyü işlər bu iddiaları tamamilə məhv edir.

Publika.az bildirir ki, ilk növbədə, qiymət artımı heç də süni amillərlə bağlı deyil, bunun obyektiv səbəbləri də vardır. Bu ilk növbədə idxal olunan məhsulların dünya bazarında qiymətinin artması ilə bağlıdır. Buna misal kimi texnoloji avadanlıq, gübrə və s. göstərmək olar ki, onların qiymətində dəyişiklik Azərbaycanda istehsal prosesinə də öz təsirini göstərir.

Bununla yanaşı, son illər Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı böyük işlər görülüb. Kənd təsərrüfatının ayrı-ayrı sahələri inkişaf edir, meliorativ tədbirlər həyata keçirilir, su təchizatı yaxşılaşdırılır, istixanalar, anbarlar yaradılır, istifadəyə verilmiş gübrə zavodu daxili bazarın bir qisminin ehtiyaclarını ödəyir. Bunun sayəsində ciddi məhsul artımı müşahidə olunur. Ölkəmizdə istehsal olunan məhsullar yüksək keyfiyyətə malik olduğuna görə xaricdə ona tələbat artır və daha çox məhsul ixrac olunur. Bu, ölkəmizin ixrac potensialını yüksəldir, fermerlərin daha çox qazanc əldə etməsinə səbəb olur.

İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi, iqtisadçı ekspert Pərviz Heydərov məsələ ilə bağlı açıqlamasında bildirir ki, ümumiyyətlə, bizdə, nədənsə, belə bir təfəkkür var ki, pul gəlirləri artırsa, bazardan alış-veriş, xidmətlərdən istifadə genişlənirsə, qiymətlər yüksəlməli deyil, enməlidir: “Əslində isə belə deyil, satış və xidmət səviyyəsi artırsa, demək, tələb yüksəlib və onun tədiyyə qabiliyyətliliyi genişlənib. Buna uyğun olaraq, həm həcm, həm dəyər baxımından təklif də yüksəlməlidir. Qiymətləri çox da təzyiq altında saxlamaq olmaz və bu, mümkün də deyil. Xüsusən də, iqtisadi artımla bağlı tendensiya sarıdan qiymətlərin qalxmasına təsir və zəmin yaradan elementləri çərçivəyə almaq olmaz. Amma bazarın hər hansı bir seqmentində və yaxud da hər hansı bir zəruri istehlak malında süni qiymət artımı baş qaldırarsa, buna sözsüz, yol verilməməlidir. Bununla belə, bazarın təklif sarıdan normal təmin olunması da əsas şərtdir”.

Ekspert qeyd edir ki, ölkədə sosial istiqamətdə artımlar həyata keçirildikdən sonra əsas diqqət həmişə istehlak bazarına yönəlir. Belə ki, istehlak bazarında qiymətlərin buna qarşı adekvat reaksiya göstərməsini önləmək başlıca vəzifəyə çevrilir:

"Çünki dövriyyəyə tələbin şişməsinə xidmət edən amilin, yəni onun tədiyyə qabiliyyətinin güclənməsi təmininə zəmin və şərait yaradan əlavə vəsaitin daxil olması nəticəsində, təklifin istər-istəməz yenidən təşkil olunması, ya kəmiyyətin genişlənməsi, ya da qiymətlərin artması zərurəti yaranır. Bu zaman isə xüsusən, sonuncu üçün süni tendensiyaya geniş meydan açılır. O mənada ki, qiymətlər təbii olaraq deyil, rəqabətin olmaması və inhisar amilləri səbəbindən süni şəkildə yüksəlməyə meyl göstərir. Ölkəmizdə istehlak bazarının geniş rəqabət imkanlarına malik olmadığı bəlli məsələdir. O cümlədən, inhisarçı amillərdən də uzaq olmadığı sirr deyil. Elə həm də məhz inhisarçı amillərə görədir ki, rəqabət üçün geniş şərait yoxdur. Odur ki, maaş və pensiyalar artan, sosial müavinət məbləğləri yüksələn kimi ən zəruri istehlak mallarının qiymətləri qalxmağa can atır. Və bu, bir çox hallarda süni olaraq baş verir. Ona görə də hökumət bazarda qiymətləri daima nəzarətdə saxlamağa çalışır ki, əks təqdirdə inflyasiyanın qarşısını almaq qeyri-mümkün ola bilər”.



Redaktorun seçimi