Azərbaycan nefti bahalaşıb

68 dəfə oxunub
Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 8-də 60,18 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,37 dollar/barel çoxdur.

Faktor.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 59,56 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,4 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 57,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,25 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 56,52 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,27 dollar/barel çoxdur.



Redaktorun seçimi