Atambayevin evinə yenidən hücum: atəş səsləri eşidilir

43 dəfə oxunub
Atambayevin evinə yenidən hücum: atəş səsləri eşidilir

Hüquq-mühafizə orqanlarının əməkdaşları Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayevin Koy-Taş kəndindəki evinə yenidən hücum edib.

Bunu TASS-a A.Atambayevin qərargahından deyiblər.

Bildirilir ki, atəş səsləri eşidilir və işıq-səs qumbalarından istifadə olunur. Eks-prezidentin evinin daxilindəki tərəfdarları müqavimət göstərməyə çalışırlar. Onlar xüsusi təyinatlılara daş və dəyənəklər atırlar.

Bu, sutka ərzində A.Atambayevin evinə ikinci hücum cəhdidir.

oxu.az



Redaktorun seçimi