AZAL Nyu-Yorka uçuşları davam etdirəcək

Hit: 214
AZAL Nyu-Yorka uçuşları davam etdirəcək

Donanmanın texniki imkanlarının optimallaşdırılmasını və sərnişinlərin çoxsaylı istəklərini nəzərə alaraq, “Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı-Nyu-York uçuşlarını daha bir il müddətinə dayandırmamağı qərara alıb.

Bakıdan Nyu-Yorka birbaşa reyslər Azərbaycanın milli aviadaşıyıcısının qış cədvəli çərçivəsində davam edəcək.
⠀⠀
Bakı- Nyu-York reysləri (“JFK” hava limanı) həm 2019/2020-ci ilin qış cədvəli, həm də 2020-ci ilin yay cədvəli çərçivəsində həftədə 2 dəfə olmaqla (bazar ertəsi və şənbə günləri) komfortlu Boeing 787 Dreamliner təyyarələri ilə yerinə yetiriləcək.









Redaktorun seçimi